Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2021 18:05

H.Əliyev adına AAHM-in kursantları Hərbi Qənimətlər Parkında olublar - VİDEO

Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.
Kursantlar 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.
Sonda azad olunan ərazilərdən qənimət götürülən üzərində "Qarabağ Azərbaycandır!" yazısı yazılmış 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdirilib.