Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2014 09:00

Gürcüstan Müdafiə nazirinin müavini ölkəmizə işçi səfərə gələcək


Martın 28-də Gürcüstan Müdafiə nazirinin müavini cənab Mixeil Darçiaşvili Azərbaycan Respublikasına işçi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Cənab M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Gürcüstan Müdafiə nazirinin müavini cənab M.Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.