Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2015 09:00

Güləşçilərimiz bürünc medal qazanıb

Koreya Respublikasının Munqyen şəhərində hərbçilərin 6-cı Dünya Oyunlarında güləşçilərimiz günü bir bürünc medalla başa vurub.
Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkilərdə güləşçilər mübarizə aparıblar. 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə 1:3 hesabı ilə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Ukraynadan olan Vasil Şuptara 5:0 hesabı ilə qalib gələn Ağahüseyn Mustafayev yarışların bürünc medalını qazanıb.
57 kq çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Ancaq hindistanlı Manqal Kadyanla görüşü də (4:11) uduzan Ruslan yarışları beşinci sırada tamamlayıb.
Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaqlar.
Eyni zamanda cüdo yarışları zamanı 100 kq çəkidə Argentina, Rusiya və Venesuelladan olan rəqiblərinə qalib gəldikdən sonra idmançımız Elmar Qasımov qarşılaşdığı monqolstanlı rəqibi Bayarsaikhan Ambaselmaya uduzaraq üçüncülük yarışında braziliyalı Ribeiro Correa Lucianonu məğlub edib və bürünc medala sahib olub.