Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2020 13:20

Göstərilən diqqətə görə minnətdaram! - VİDEO

Müdafiə Nazirliyinin nümayəndələri 25 ildən artıq Hərbi Nəşriyyatda çalışan Rəna Mahmudovanın 70 illik yubileyi münasibətilə onu evində ziyarət ediblər.
Nümayəndə heyəti yubilyarı doğum günü münasibəti ilə təbrik edərək ona Müdafiə Nazirliyi rəhbərliyi adından təbrik məktubunu, əmək veteranı vəsiqəsini, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatını və #evdəqal kampaniyası çərçivəsində həyata keçirilən ərzaq yardımını çatdırıblar.
Uzun illər Hərbi Nəşriyyatda çalışan R.Mahmudova əməyi və işgüzarlığı ilə hamının rəğbətini qazanan vətənpərvər bir xanım, təcrübəli işçi kimi özünü tanıdıb. Əmək veteranımız elə bu hərbi müəssisədən də təqaüdə çıxıb.
R.Mahmudova göstərilən diqqətə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib.