Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2018 17:41

Gizir hazırlığı kursunun növbəti məzunlarına sertifikatlar və hərbi rütbələr təqdim edilib

Mayın 21-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər məzunlara doğma Vətənin müdafiəsində bundan sonra da ayıq-sayıq dayanmağı, verilən tapşırıqları peşəkar hərbçi kimi yerinə yetirməyi arzulayıb və hərbi qulluqçulara xidmətlərində uğurlar diləyiblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və “gizir” hərbi rütbəsi təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.