Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2017 18:13

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə tədbir keçirilib

Gəncə şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park kompleksin amfiteatrında şəhər ictimaiyyətinin nümayəndələri, bölgədəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və şəhər əhalisinin iştrakı ilə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
İlk olaraq ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilib.
Sonra tədbir iştirakçılarına zabitlər evinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Zabitlər Evinin kollektivi təbliğat, təşviqat vasitələrinin hazırlanmasında, ideoloji mərkəz və guşələrin yaradılmasında, hərbi qulluqçuların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkilində də çalışır.
Yaradıcı kollektivin üzvləri Beyləqan, Füzuli, Xocavənd, Tərtər, Bərdə, Şəmkir, Gədəbəy, Göygöl və başqa bölgələrdə də mədəni-kütləvi tədbirlərin, yaradıcılıq müsabiqələrinin keçiriliməsində  fəal iştrak edirlər. Onların təşəbbüsü ilə tarixi günlər və milli bayramlar kütləvi şəkildə  qeyd edilir. "Vətən Uğrunda" Səyyar Təbliğat dəstəsinin fəaliyyəti də həmişə yüksək qiymətləndirilir.
Cəbhə bölgələrinə səfərlər edən Səyyar Təbliğat dəstəsinin üzvləri ön xətdə vətən keşiyində dayanan hərbi qulluqçuların vətənpərvərlik hissini daha da artırılmasına xidmət edən yadda qalan görüşlər təşkil edirlər. Gəncə Qarnizonu Zabitlər Evinin təşəbbüsü və təşkilatçılığı ilə döyuş mövqelərində xidmət edən nümunəvi hərbi qulluqçuların respublikamızın görməli yerlərinə, tarixi memarlıq abidələrinə ekskursiyaları da təşkil edilir.
Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Etibar Əliyev zabitlər evinin kollektivinə Müdafiə Nazirliyi adından fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar təşkilatının sədri Abiyət Ağadadaşova xoş arzu və istəklərini bildirərək zabitlər evinin kollektivinə  uğurlar arzulayıb.
Prezidentin fərdi təqaüdçüsü, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani və Gəncə şəhəri icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək, ordumuzun yenilməzliyini, hərbi quluqçuların yüksək vətənpərvərlik hisslərinə malik olmalarını, vətən torpaqlarının azadlığı uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadir olduqlarını bildiriblər.
Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram və Xalq artisti Azərinin vətənpərvərlik ruhunda səslənən ifaları tədbir iştrakçıları tərəfindən  alqışlarla qarşılanıb.