Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2024 13:29

Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə həssaslıqla yanaşılır və hazırlığına xüsusi diqqət yetirilir.
Proqrama əsasən, çağırışçılarla sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Məşğələlər zamanı onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
Gənc əsgərlərin sağlamlığı və qidalanması da daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilib.