Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2021 13:11

Füzuli və Xocavənd rayonlarına media-tur təşkil edilib

Müdafiə Nazirliyi tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Füzuli şəhərinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edilib.
Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.
Hərbi qulluqçular Hadrut və Füzuli istiqamətində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.