Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Xarici dil və Tərəfdaşlıq Mərkəzində fransız dili kurslarının növbəti buraxılışı olub.
İyulun 27-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Fransa Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə kursun bitməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2006-cı ildən başlayaraq Fransa tərəfinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün fransız dili kursları təşkil edilir və növbəti illərdə də kursların keçirilməsi planlaşdırılır.