Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2019 10:06

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə hərbi orkestrlərin nümunəvi çıxışları olub - VİDEO

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub.
Hərbi orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində Dənizkənarı Milli Parkda, Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Yasamal parkında və Fəvvarələr meydanında çıxış ediblər.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar, Azərbaycan və xarici musiqi nümunələri və 1941-1945-ci illər müharibə dövrünün mahnılarını səsləndiriblər.