Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2019 18:25

ƏÜO-nun Təlim-Tədris Mərkəzində bayram tədbiri keçirilib - VİDEO

Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə liseyin rəisi, general-mayor Məhəmməd Həsənov hər iki bayram münasibətilə kursantları təbrik edib.
Bildirilib ki, 31 dekabr Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik və həmrəylik günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu günün başlıca qayəsini Azərbaycan Dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətəninə bağlılıq hisləri və ideyaları təşkil edir. Belə tədbirlərin keçirilməsi kursantlara vətənpərvərlik, dövlətçilik ənənələrini aşılamaqla yanaşı, onlarda Vətənimizə, xalqımıza olan sevgi hislərini daha da artırır.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblı konsert proqramı ilə çıxış edib, kursantlar tərəfindən mahnılar ifa olunub.