Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2024 10:11

ƏÜO-da komandir hazırlığı sistemində toplantı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib.
Zabitlərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən toplantıda əsas diqqət taktiki, kəşfiyyat, atəş, fiziki və sıra hazırlığından məşğələlərin planlaşdırılaraq keçirilməsinə yönəldilib.
Məşğələlərdə zabitlərlə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər, pilotsuz uçuş aparatları və kiçik ölçülü kvadrokopterlərə qarşı mübarizədə nələrə diqqət yönəldilməlidir kimi suallar işlənilib.
Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və topoqrafiyadan məqbullar qəbul edilib.
Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.