Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2019 17:49

ƏÜO-da gənc əsgərlərin ixtisas hazırlığı kurslarının buraxılış mərasimi keçirilib - VİDEO

Yanvar  ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş ixtisas hazırlığı kurslarını uğurla bitiriblər.
Zabit, əsgər və valideynlər adından  çıxış edənlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar. Vurğulanıb ki, Azərbaycan ordusunun sıraları sizin kimi yüksək döyüş hazırlığına malik oğullarla möhkəmlənir. Əminik ki, siz əsgərlər də yeri gələrsə  üçüncü ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərində və Günnüt qələbəsi zamanı rəşadət göstərən igid oğullarımızın yolu ilə gedərək bir an belə tərəddüt etmədən vətən uğrunda qəhrəmanlıq göstərəcəksiniz.
İxtisas hazırlığı kursunu başa vurmuş əsgərlər rabitə vasitələri ilə fəaliyyəti, fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözübağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğuların döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını nümayiş etdiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib. Nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra “Əsgər marşı” ifa edilib və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.