Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2025 19:45

“Eternity-2025” təliminin ilk mərhələsi başa çatıb

Türkiyə Respublikasının Qars vilayətində keçirilən  "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin ilk mərhələsi başa çatıb. 
Ordu qərargahında təşkil olunan kompüter dəstəkli komanda qərargah təlimində ordumuzun hərbi qulluqçuları və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşları qarşıya qoyulan təlim tapşırıqlarını uğurla icra ediblər.