Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2023 10:02

“Eternity - 2023” komanda-qərargah təliminin planlama konfransı keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təliminin planlama konfransı keçirilib.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən konfransda təlim zamanı strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib.
Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.