Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2019 19:12

“Eternity - 2019” təlimi səhra şəraitində davam edib - VİDEO

“Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.