Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2019 18:15

“Əsgərlərlə bir gün” adlı mədəni-kütləvi tədbir keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “N” hərbi hissəsində şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Əsgərlərlə bir gün” adlı mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Mədəniyyət Baş İdarəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, “Azərbaycanın Səsi - Bala” musiqi müsabiqəsinin gənc istedadları və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi sədrinin müavini Rəhim Mehdiyev hərbi hissədə təşkil olunan mədəni-kütləvi tədbirin önəmindən və bu tədbirin hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığına müsbət təsirindən danışıblar.
Mədəni-kütləvi tədbirin bədii hissəsində müğənni Elnur Məmmədov və “Azərbaycanın Səsi - Bala” yarışmasının iştirakçıları şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış ediblər.