Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2015 09:00

Əsgərlərimizin bayram ovqatlı möhtəşəm konserti

Əlahiddə Ümumqoşun Ordu üzrə hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılığına baxış" müsabiqəsinin qaliblərindən ibarət möhtəşəm konserti və mükafatlandırma mərasimi keçirilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkil olunan mərasimdə Əlahiddə Ümumqoşun Ordunun Mənəvi-Psixoloji Təminat Şöbəsinin rəisi zabit Mirqiyas Rüstəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli və digər çıxış edənlər şəxsi heyəti həm Novruz bayramı münasibəti ilə, həm də müsabiqədə fəallıq göstərərək qalib gəldikləri üçün təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Sonra "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılığına baxış" müsabiqəsinin qalib hərbi qulluqçularının konserti başlayıb. Hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsində mühüm rol oynayan möhtəşəm konsertin sonunda qaliblərin müküfatlandırılması mərasimi olub. Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən təltif ediliblər.