Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2024 21:04

Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.
Təqdim olunan videonun  metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur.