Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:31

Əməliyyat İmkanları Konsepsiyası hərbi hissəsində döyüş atışlı təlim keçirilib - VİDEO

Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” nömrəli hərbi hissədə döyüş atışlı təlim keçirilib.
Təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.