Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2014 09:00

Əli Ağa Şıxlinskinin ad günü münasibətilə xatirə mərasimi keçirilib

Aprelin 23-də tam artilleriya generalı Əli Ağa Şıxlinskinin ad günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xatirə mərasimi keçirilib.
Əvvəlcə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, veteranlar və digər qonaqlar Əli Ağa Şıxlinskinin, onun həyat yoldaşı Nigar xanımın məzarlarını ziyarət edərək Müdafiə Nazirliyi adından məzarlar önünə əklil və gül dəstələri qoyulublar. Sonra tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edib.
Xatirə mərasimində çıxış edən natiqlər Əli Ağa Şıxlinskinin keçdiyi döyüş yolu və qəhrəmanlıqlarından söz açmış, həyat və fəaliyyətindən danışıblar.
Azərbaycanın görkəmli hərb xadimləri və sərkərdələrinin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova mərasimdə minnətdarlıq ifadə olunub.
Tədbir görkəmli sərkərdənin həyat və fəaliyyətinə həsr olunmuş foto-sənədlər sərgisinə baxış və filmin nümayişi, o cümlədən, incəsənət işçilərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə davam edib, hərb və elm xadimlərinin, tədqiqatçıların çıxışları ilə sona çatıb.
Mərasimdə Müdafiə Nazirliyinin, hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, ictimaiyyətin və veteran təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.