Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2019 13:04

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi keçirilib.
Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov bildirib ki, “Əli və Nino” romanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilib. Bildirilib ki, dünyanın 30-dan çox dilinə tərcümə olunan əsərdə əcdadlarının adət-ənənələrinə sadiq qalan, Vətəni uğrunda həyatını qurban verməyə hər an hazır olan Əlinin gürcü qızı Ninoya olan sonsuz məhəbbəti öz əksini tapıb.
Digər çıxış edənlər kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsərin spesifik xüsusiyyətlərindən danışıblar.
Tədbirin sual-cavab hissəsində “Əli və Nino” əsərinə aid suallara düzgün cavab verən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və əsgərlər mükafatlandırılıblar.
Sonda “Əli və Nino” romanının motivləri əsasında çəkilmiş eyniadlı bədii filmə baxış olub.