Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2018 09:05

Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.
Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.
Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.