Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2021 18:10

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə sovqat təqdim olunub

Naxçıvan Muxtar Respublikasında bayram günləri ərəfəsində hərbi hissələrə sovqat aparılması ənənəsi xalq-ordu birliyinin təcəssümüdür. Ənənəyə uyğun olaraq Novruz bayramı ərəfəsində Naxçıvan əhalisi, müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqat aparırlar.
Xalq-ordu birliyini daha da möhkəmləndirən və şəxsi heyətdə ruh yüksəkliyi yaradan tədbirlərin davamı olaraq “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Kazım Mehdiyev tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 1000 kiloqram üzüm qurusu təqdim edilib.
Adı çəkilən müəssisənin Nehrəm üzümçülük təsərrüfatında yetişdirilmiş məhsulları hərbi hissənin anbarlarına təhvil verilib.