Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2018 15:15

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində bayram şənliyi təşkil olunub

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun ayrı-ayrı bölmələrində şənliklər keçirilir.
Bu tədbirlərin davamı olaraq muxtar respublikanın qarlı dağlarının zirvəsində, düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib.
Əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan xalqı qədim zamanlardan yazın gəlişini, təbiətin oyanmasını bayram edir. Hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edən Mirqiyas Rüstəmov vurğulayıb ki, min illər bundan əvvəl yaranmış, mənəvi dəyərlərimizin təcəssümü olan Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoy əsgərləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını arzulayıb.
Sonra tədbir hərbi hissənin qonaqlarının və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.