Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2019 18:38

Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı istehkamçı” və “Ən yaxşı istehkamçı-kəşfiyyatçı” adı uğrunda yarış keçirilib. 
Yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxış keçirildikdən sonra hərbi qulluqçulara təhlükəsizlik qaydaları, yarışın məqsəd və mahiyyəti çatdırılıb.
Yarışda mühəndis-istehkam ixtisaslı əsgərlər piyada əleyhinə fuqas tipli və piyada əleyhinə idarəolunan tək minanın qurulması, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər. Sonra yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb.
Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.