Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2019 19:50

Əlahiddə Ümumqoşun Orduda praktiki məşğələlər keçirilib - VİDEO

Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. Plana əsasən “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.
Şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib. Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.