Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 18:40

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası hər keçən gün daha da gücləndirilir, silah arsenalı ən müasir silahlarla yenilənir.
General-mayor Məhəmməd Həsənov kursları uğurla başa vuran məzunların onlara  etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə, bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları peşəkarlıqla idarə edəcəklərinə inandığını bildirib.  
Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov kurs zamanı öyrəndikləri yeni hərbi bilikləri Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrində xidmət edərkən, şəxsi heyətin peşəkarlığının artırlımasına sərf edəcəklərinə söz verib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub.
Sonda xatirə şəkli çəkdirilib.