Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2023 12:25

Əlahiddə Ümumqoşun Orduda kimya manqaları ilə toplantı keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun “2023-cü il döyüş hazırlığı planı”na əsasən birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib.
Toplantı zamanı ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi, xüsusi, kütləvi qırğın silahlarından mühafizə hazırlığından və kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki bilik və bacarıqlarının artırılması məqsədilə məşğələlər təşkil olunub.
Məşğələlərdə radiasiya və kimyəvi şəraitdə nəzarətin təşkili, tüstü maskalanmanın həyata keçirilməsi, döyüş sahəsində kimyəvi zəhərlənməyə məruz qalmış heyətin təxliyəsi və bir sıra digər fəaliyyətlərin metodikası praktiki olaraq məşq etdirilib.