Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2023 20:54

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hərbi avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına, təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilib.
Müsabiqədə müxtəlif markalı minik avtomobilləri, mikroavtobus və avtobuslara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.
Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda mükafatlandırılıblar.
Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb edir. Ordumuzun birləşmə və hissələri arasında keçirilən baxış-müsabiqələri şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradır.