Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2019 19:49

Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına AAHM-nin bir qrup məzunları ilə görüş keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda iyirmi il əvvəl Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən və hazırda Naxçıvan Qarnizonu qoşunlarında xidmət edən zabitlərin bir qrupu ilə görüş keçirilib.
Əvvəlcə zabitlər ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə tər gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyi ziyarət  edən zabitlər ümummilli liderimizin ana Vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Sonra Ali Hərbi Məktəbin 1999-cu il məzunları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.