Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2023 15:00

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin şərtlərini və təhlükəsizlik qaydalarını iştirakçılara çatdırdıqdan sonra yarışa start verilib.
Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən birincilikdə 13 komanda üzrə 196 idmançı mübarizə aparıb. Atlet və gimnastlar turnikdə dartınma və aşaraq dayağa qalxma, paralelqollarda dayaq vəziyyətində qolların bükülüb açılması, uzunluğa və hündürlüyə tullanma, 100 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı yarışlarında özlərini sınayıblar.
Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci və 3-cü yerlərdə xüsusi təyinatlılar, 2-ci yerdə isə motoatıcılar qərarlaşıb.   
Fərdi hesabda qalib gələn idmançı hərbi qulluqçulara fəxri fərman, ilk üç pillədə qərarlaşan komandalara isə kubok və diplomlar təqdim edilib.