Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 18:54

Əlahiddə Ümumqoşun Orduda Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından  keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan strateji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.
Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər  vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.