Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2017 15:00

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi olub.
Hərbi hissənin Döyüş Bayrağı sıra meydanına gətirildikdən və andiçmə mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içiblər.
Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının təbriki şəxsi heyətə çatdırılıb.
Zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıblar.
Daha sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.
Ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran vətənpərvər, mənəvi-psixoloji, fiziki hazırlığı yüksək səviyyədə olan xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları maraqla və alqışlarla qarşılanıb.