Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2019 13:02

Əlahiddə Ümumqoşun Orduda buldozer heyətləri ilə məşğələ keçirilib - VİDEO

Ölkəmizə ağır texnika və yük avtomobillərinin idxalını həyata keçirən “Grand Motors” MMC-nin təlim keçmiş yüksək ixtisaslı heyəti tərəfindən hərbi hissədə məşğələ keçirilib.
Əlahiddə Ümumqoşun Ordudakı müxtəlif markalı buldozerlərin heyətləri ilə keçirilən məşğələdə əsas diqqət texnikanın istismarı qaydalarına və texniki qulluğun göstərilməsinə yönəldilib.
Məşğələ zamanı buldozer texnikalarında mühərrik yağlarından istifadə, texniki müayinə və akkumulyator batareyalarına qulluq qaydaları praktiki olaraq göstərilib.
Məşğələnin sonunda buldozerlərin heyətlərindən məqbullar götürülüb.