2019-cu tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Mərkəzində Tibb Baş İdarəsinin Ekologiya və təbiəti mühafizə şöbəsi tərəfindən “Hərbi hissələrdə şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi və ətraf təbii mühitin mühafizəsi” mövzusunda konfrans keçirilib.
Konfransda hərbi hissələrdə gündəlik fəaliyyət zamanı şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin və hərbi əmlakın ekstremal təsirlərdən qorunması, şəxsi heyətin sağlam ekoloji təmiz mühitdə xidmətinin və yaşayışının təmin olunması barədə müasir elmi-nəzəri və praktiki nəticələrə əsaslanan məruzələr dinlənilib.
Tədbirdə, həmçinin hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf mühitin mühafizəsi, Xəzər dənizi akvatoriyasında çirklənmənin qarşısının alınması və bioloji müxtəlifliyin qorunması, şəxsi heyətin təlim məşqləri və döyüş hazırlığı zamanı ətraf təbii mühitə dəyə biləcək ziyanın qismən azaldılması, işğal olunmuş ərazilərdə düşmən tərəfindən ətraf mühitə vurulan ziyanla bağlı müzakirələr aparılıb.