Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2018 18:37

ƏİK kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib

Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.
Müdafiə Nazirliyinin general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.
Təlim mayın 25-də sona çatacaq.