Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2021 17:24

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO

Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.
Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.