AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nda iştirak edən şəxsi heyətin buraxılış imtahanı keçirilib.
Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən imtahanlarda kursantlardan fiziki hazırlıq üzrə məqbullar qəbul edilib, onların nəzəri bilikləri yoxlanılıb və müxtəlif çaplı silahlardan atış normativləri yerinə yetirilib.