Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2016 09:00

Əfsanəvi qəhrəmanın xatirəsi anılıb

Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasınm 106-cı il dönümü münasibəti ilə Lənkəran qarnizonu zabitlər evi və Həzi Aslanovun ev muzeyinin birgə təşəbbüsü ilə tədbir keçirilib.
Tədbirdə hərbi hissələrin əsgərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əsgərlərə qəhrəmanın uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumatlar verilib. Məktəblilərin iştrakı ilə hazırlanmış kompozisiyada qəhrəmana həsr edilmiş şeirlər səsləndirilib, xatirələr söylənilib.
Muzeyin direktoru Tamara Fətullayeva və muzeyin əməkdaşları qəhrəmanın general Mehmandarovla görüşü haqqında əsgərlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonda əsgərlər Həzi Aslanovun uşaqlıq illərinin yadigarı olan "İnnab" ağacının qarşısında xatirə şəkilləri çəkdirib.