Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 27-də Kabil- Ankara-Bakı marşrutu ilə Vətənə qayıdıb.
Sülhməramlılarımız hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qarşılanma mərasimində Müdafiə Nazirliyinin zabitləri, hərbi qulluqçuların ailə üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan sülhməramlıları Əfqanıstanda qardaş Türkiyə qüvvələri ilə birlikdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.