VİDEO" /> VİDEO">
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2026 11:45

“EFES - 2026” çoxmillətli təlimi davam edir - VİDEO

Qardaş Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi uğurla davam edir. 
Təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.
Qeyd edək ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.