Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2018 16:05

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə tədbirlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində tədbirlər keçirilib.
Bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, hərbi qulluqçulara bayram sovqatları çatdırılıb.
Bayramlarla əlaqədar şəhid məzarları ziyarət edilib, şəhid və yaralıların ailələrinə baş çəkilib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunub.
Təntənəli mərasimlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.