AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər.