Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2023 13:53

“Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirakçılara brifinq təqdim edilib

Türkiyə Respublikasının Marmaris şəhərində keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində noyabrın 17-də iştirakçılara brifinq təqdim edilib.
Brifinqdə təlimin məqsədi, keçiriləcəyi ərazi, eləcə də ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlar verilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi təlimdə müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetiriləcək.
Qeyd edək ki, beynəlxalq təlim cari ilin noyabr ayının 25-dək davam edəcək.