Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2024 11:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2024-cü il üçün birgə tədbirlər planına əsasən, komitənin nümayəndələri hərbi qulluqçularla görüşüb, onlarla maarifləndirici söhbətlər aparıblar.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında islam dininin rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirlərdən, o cümlədən ölkəmizdə keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti və orada səsləndirilən fikirlərdən danışılıb, bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.