AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində (HDQ) Ramazan bayramı münasibətilə tədbir keçirilib.
Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri HDQ-nin şəxsi heyəti ilə görüşərək “Azərbaycanda İslam dininin dəyərlərinə sadiqlik ənənələri” mövzusunda geniş söhbətlər aparıb və hərbi qulluqçuları maraqlandıran sualları cavablandırıblar.