Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 19:15

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.
Keçirilmiş seminarda iştirakçılar “Hakimlik haqqında” əsasnamənin müzakirəsi zamanı hakimliyin prinsip və kriterləri, mükafat və cərimə ballarının hesablanması qaydası üzrə yekdil razılığa gəlib, hakimlərin səlahiyyət və vəzifələrini müəyyən ediblər.
Müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.