Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2019 19:24

“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib - VİDEO

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdirib. Belə ki, dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.