Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2018 11:09

“Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında voleybol turniri keçirilib - VİDEO

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında voleybol yarışı keçirilib.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
İlk görüşdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oynu da Qazaxıstan dənziçilərinin qələbəsi ilə başa çatıb.
Final  oyunlarında isə İran komandası Rusiya dənizçilərinə, Azərbaycan hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.
Dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.